Ermənilər əsir və girov götürdükləri azərbaycanlılardan BELƏ İSTİFADƏ EDİB 

Hazırda oxunan: Ermənilər əsir və girov götürdükləri azərbaycanlılardan BELƏ İSTİFADƏ EDİB 

152910

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən açıqlanmış sənədlərə istinadən qeyd etmək lazımdır ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı zamanı əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına nəinki qeyri-insani münasibət göstərilib, onlar hətta bir sıra müxtəlif məqsədlər üçün istifadə olunublar. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanı tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatda qeyd olunub. 

Bildirilib ki, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları Ermənistan cəmiyyətində nifrət hissinin artırılması məqsədi ilə mülki əhalinin ixtiyarına verilərək meydanlarda nümayişkaranə şəkildə alçaldılıb və təhqir ediliblər. 
"Onlar xüsusən zərərli istehsal sahələrində qul kimi istifadə olunublar, “erməni soyqırımı”nın anım günlərində və döyüşlərdə həlak olmuş terrorçu-quldur dəstəsi üzvlərinin və Ermənistan əsgərlərinin məzarı üzərində qurban kəsiliblər, işğal olunmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin və inzibati binaların sökülməsində və talan olunmasında, başqa sözlə, vandalizm aktlarında istifadə ediliblər, bir-birinə qarşı fiziki və qeyri-əxlaqi əməllər törətməyə təhrik ediliblər və s.", - hesabatda vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin