BMT rəsmisi: “Dünya heç vaxt olmadığı qədər nüvə fəlakətinə yaxındır”

Hazırda oxunan: BMT rəsmisi: “Dünya heç vaxt olmadığı qədər nüvə fəlakətinə yaxındır”

152859

“Dünya heç vaxt olmadığı qədər qlobal fəlakətə yaxındır, nüvə silahından istənilən istifadə vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxaracaq”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi təşkilatın Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Gününə həsr olunmuş iclasında deyib. 

O bildirib ki, 2022-ci ildə dünyada hərbi xərclər rekord həddə - 2,2 trilyon ABŞ dollarına çatıb:

“Biz nüvə silahı ehtiyatlarının və imkanların artdığına dair çoxlu sübutlar görürük ki, bu da Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ziddir”. 

BMT Baş Assambleyası sessiyasının rəhbəri nüvə silahına arxalanaraq bəşəriyyət üçün qurulmuş dəhşətli tələni görə bilmədiyimizi qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin