Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı orta olub, maksimal sinifli alışma M 1.4 sinifli alışma olub. Alışmalar nəticəsində II tip radioemissiya, həmçinin qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınıb. Günəş ləkələrinin sayı azalıb, hazırda Günəşin səthində 5 ləkə qrupu və 69 ləkə müşahidə olunur.
Şamaxı Astrofizika Rəsədxanasından Bizim.Media-ya verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə ( maks: 602 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq maksimal sürət 527 kilometr/saniyə olub. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9 nT, radial istiqamətdə isə -7 nT olub.
Hazırda Günəş küləyinin sürəti 325 kilometr/saniyə, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5 nT, radial istiqamətdə isə -4 nT təşkil edir.
Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olub (4 Kp), geomaqnit qasırğaları baş verməyib.
Kosmik hava proqnozu – Proqnoz günlərində (28 avqust - 3 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 90 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:04 / 29.08.2023
Şamaxı Astrofizika Rəsədxanası: Günəşdə ləkələrin sayı azalıb - FOTO
Hazırda oxunan: Şamaxı Astrofizika Rəsədxanası: Günəşdə ləkələrin sayı azalıb - FOTO
Hazırda oxunan: Şamaxı Astrofizika Rəsədxanası: Günəşdə ləkələrin sayı azalıb - FOTO
152856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.