“Azərbaycanın humanitar yardımı revanşistlərin əsl üzünü göstərəcək” – İşxan Verdyan

Hazırda oxunan: “Azərbaycanın humanitar yardımı revanşistlərin əsl üzünü göstərəcək” – İşxan Verdyan

152820

“Qarabağ ermənilərinin Azərbaycanın göndərdiyi yardımı qəbul edib-etməyəcəyi yaxın günlərdə Arayik Arutyunyanın öz yerində oturub-oturmayacağından asılıdır. Paradoksal səslənə bilər, amma hazırda nəzəri cəhətdən yalnız Arayik Arutyunyan belə bir qərar verə bilər, çünki o, digər müxalifətçilərin, revanşist qüvvələrin xidmətçisidir və bu qüvvələrin bəzi nümayəndələri artıq açıq şəkildə bəyan ediblər ki, yük maşınları Qarabağa girsə, “Azərbaycanı məhv edəcəklər””. 

Bu fikirləri Azərbaycanın Xankəndiyə göndərdiyi humanitar yüklərlə bağlı Bizim.Media-ya açıqlama verən tanınmış erməni fəal və bloqer, sülhməramlı təşəbbüsləri ilə tanınan İşxan Verdyan deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdan Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolu ilə YARDIM GÖNDƏRİLİR - VİDEO


Azərbaycanın təşəbbüsünü böyüklük adlandıran Verdyan, yüklərin qəbul edilib-edilməməsinin bütün yaranan suallara cavab olacağını deyib. 

“Təbii ki, Bakıdan humanitar yardımın göndərilməsi humanitardan tutmuş reputasiyaya qədər bir çox məsələləri həll edən parlaq addımdır. Eyni zamanda, bu hərəkət Qarabağı Azərbaycandan kənarda qoyan revanşist qüvvələrin əsl niyyətlərini ortaya qoyur. Mümkün ssenarilərdən biri də Azərbaycanın sərt reaksiyasına səbəb ola biləcək təxribatın törədilməsidir. Yəni yük maşınlarının məhv edilməsi təhlükəsi o qədər də fantasmaqorik (kabus ssenarisi) səslənmir”. 

Revanşistlərin Azərbaycanın müsbət təşəbbüsünü Azərbaycan əleyhinə çevirmək üçün çalışdıqlarına diqqət çəkən Verdyan, Bakıdan son dərəcə ehtiyatlı olmağı da xahiş edir: 

“Qeyd etməmək mümkün deyil ki, indi Azərbaycan ətrafında beynəlxalq konyuktura son dərəcə zəhərlidir. Dünyanın bütün mümkün siyasi tribunalarından Azərbaycana qarşı ittihamlar kəskin şəkildə artıb və bu ittihamlar tamamilə əsassız olsa da, çox səs-küylüdür. Bu ittihamların məqsədi proseslərin ssenari üzrə getdiyi təqdirdə anti-Azərbaycan qərarının qəbulu üçün lazımi fon hazırlamaqdır.  

Bəli, Bakıdan gələn humanitar yardım Azərbaycanın beynəlxalq aləmdə reputasiyasını yüksəldə bilər, həm də hadisələrin inkişafı üçün radikal və son dərəcə təhlükəli ssenariyə start verəcək tətik rolunu oynaya bilər. Yenə də maksimum diqqət və dəqiqlik uğurun açarıdır. Mən həmişə demişəm ki, “Artsax” və “sülh” anlayışları antonimdir. “Artsax” müharibənin təcəssümüdür. Qafqazda sülhün hökm sürməsi üçün nə Artsax, nə də onun simvolları olmamalıdır”, - deyə Verdyan əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin