Sükan arxasında telefonla danışan sürücülərə MÜRACİƏT  

Hazırda oxunan: Sükan arxasında telefonla danışan sürücülərə MÜRACİƏT  

152770

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib. 

NİİM-dən Bizim.Media-ya daxil olan müraciətdə deyilir: 

"Bəzi sürücülərin sükan arxasında mobil telefondan istifadə etməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Hətta ela hallar olub ki, piyada piyada keçidindən istifadə edən zaman fikri mobil telefona qarışan sürücü tərəfindən vurulub.
Bu bir faktdır ki, avtomobil idarə edərkən telefonla zəng etmək, mesaj yazmaq və ya gələn zəngi, mesajı cavablandırmaq sürücünün diqqətinin dağılmasına səbəb olur və bu da qəzaya yol açır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə hazırladığı videoçarxı təqdim edir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin