İndoneziyada ard-arda baş verən ZƏLZƏLƏLƏR

Hazırda oxunan: İndoneziyada ard-arda baş verən ZƏLZƏLƏLƏR

152759

İndoneziya sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 318 min nəfər əhalisi olan Mataramdan 200 km şimalda, 518 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yox idi.

Daha sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi İndoneziya sahillərində ikinci zəlzələnin qeydə alındığını, onun maqnitudasının 5,6 olduğunu bildirib. Yeni zəlzələnin episentri həmin şəhərdən 209 km şimal-şərqdə, 477 km dərinlikdə yerləşirdi. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin