Ukrayna kəşfiyyatı Rusiyanın OMON-un işğal altında olan Enerqodardakı qərargahına zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu gün Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (GUR) koordinasiyası ilə Rusiya Qvardiyasının “Axmat-1” birləşməsi OMON-un müvəqqəti kazarmalarına zərbə endirilib.
Qeyd edək ki, daha əvvəl “Kadırovlar” işğal zamanı bankın yerli filialının binasını zəbt edib və öz ehtiyacları üçün çeviriblər.
Zərbə nəticəsində ölən və yaralanan Kadırovçuların dəqiq sayı məlum deyil.
Bizim.Media