Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:02 / 28.08.2023
Sosial xidmətin inkişafına dair Dövlət Proqramı TƏSDİQLƏNDİ
Hazırda oxunan: Sosial xidmətin inkişafına dair Dövlət Proqramı TƏSDİQLƏNDİ
Hazırda oxunan: Sosial xidmətin inkişafına dair Dövlət Proqramı TƏSDİQLƏNDİ
152679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.