Sosial şəbəkələrdə polis əməkdaşının "Qarabağ" - "Kəpəz" matçından sonra meydana girən yetkinlik yaşına çatmayan azarkeşi vurması ilə bağlı məlumatlar yayılıb.
Məlum hadisə ilə bağlı futbolçularla polislər arasında mübahisə baş verib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, sözügedən iddialar araşdırılıb.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ” – “Kəpəz” matçından sonra qalmaqal – VİDEO
Oyun meydanında çəkilən görüntülərdə polis əməkdaşının hansısa şəxsi vurması halı aşkar edilməyib:
“İctimai qaydaya və ictimai təhlükəsizliyə məsul olan polis əməkdaşı tribunadan oyun meydanına məhəccəri aşaraq düşən şəxsə həmlə edərək onun meydana daxil olmasının qarşısını almağa çalışıb. Burada hər hansı hüquq pozuntusu yoxdur”.
Bizim.Media