Laçın dünyanın ən gözəl məkanlarından birinə çevrilir - VİDEO

Hazırda oxunan: Laçın dünyanın ən gözəl məkanlarından birinə çevrilir - VİDEO

152605

Yenidən qurulan Laçın şəhəri dünya miqyasında ən gözəl məkanlardan birinə çevrilir. Dağların qoyununda yerləşən tarixi şəhər ən müasir infrastrukturla yenidən yenidən qurulur.

Bizim.Media xəbər verir ki, Laçın şəhərində qısa zaman kəsiyində görülən işlər Azərbaycanın bu məsələyə nə qədər önəm verdiyini göstərir. Ermənistanın 30 il ərzində viran qoyduğu əraziləri ölkəmiz öz hesabına dirçəldir.

Bərpa-quruculuq işləri ilə yanaşı laçınlılar da öz tarixi torpaqlarına, yurdlarına geri qayıdırlar.

Onlar müasir standartlara cavab verən, yüksək keyfiyyətli tikilmiş evlərlə təmin olunurlar. Mayın 28-dən indiyədək 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşıb və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, 2023-cü ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. İnsanların rahatlığı üçün icra olunan layihələr zamanı ən xırda detallar  nəzərə alınır.

Mövzuya politoloq Tural İsmayılov münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işləri bütün dünyaya nümunəvi dövlət olduğunu göstərir.

Ötən gün Laçında yüksək səviyyədə təşkil olunan tədbir də ''Laçın şəhəri günü''nə başqa rəng qatıb. Möhtəşəm konsert proqramında səslənən mahnılar həm də illərdir əsarətdə qalan Laçın dağlarının azadlıqdan sonra ucalan səsi idi.
Azərbaycanın uğurlarını heç cür həzm edə bilməyən Fransanın Avropa İttifaqı diplomatlarının tədbirdə iştirakını əngəlləmək istəyi də nəticəsiz qalıb. 

Politoloq bildirib ki, xarici diplomatların geniş tərkibdə tədbirə qatılması Azərbaycanın növbəti siyasi qələbəsi ilə yanaşı, ölkəmizin dünyada artan nüfuzundan xəbər verir.

O, əlavə edib ki, dövlət başçısını bəyan etdiyi kimi heç bir təzyiq Azərbaycanı haqlı mövqeyindən çəkindirə bilməz.

Daha ətraflı videomaterialda:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin