Hansı tələbələrin güzəştli kreditlərdən yararlanacağı AÇIQLANDI - VİDEO

Hazırda oxunan: Hansı tələbələrin güzəştli kreditlərdən yararlanacağı AÇIQLANDI - VİDEO

152594

“Tələbələrə təhsil kreditində güzəştlər olunacaq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Təhsil Tələbə Krediti Fondunun  İdarə Heyətinin sədri Araz Paşayev Xəzər TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu güzəştlər əlaçı, həmçinin semestri yaxşı qiymətlərlə bitirən tələbələrə şamil olunur.

O, qeyd edib ki, standart təhsil tələbə kreditlərində isə kredit almış tələbələr bütün semestrlərini təhsil müddətində 91 bal və üzərində qiymətlərlə bitirdikdə aldıqları təhsil kreditinin 25 faizinin geri ödənişindən azad olunurlar. Yəni, eynilə həmin 8 min manat almış tələbə onun 2 min manat geri ödənişindən azad olunur. Ümumi 6 min manat qaytarır.

Həmçinin, 431 nəfər sosial təhsil tələbə krediti almış tələbə isə təhsil müddətini bütün semesterlər üzrə yaxşı bitirdiyi üçün onlar təhsil kreditinin faiz hesablamasından azad olunublar və heç bir faiz olmadan krediti geri qaytaracaqlar.
Daha ətraflı videomaterialda:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin