Aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı müğənni Doğuş İstanbulda Türkiyənin məşhur ulduzu Seda Sayan və həyat yoldaşı müğənni Çağlar Aktanla bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, onlar axşam saatlarında lüks restoranların birində şam yeməyi ediblər.
Seda süfrə arxasında Xoşqədəm və Doğuşla görüşünün görüntülərini çəkərək sosial şəbəkə hesabında izləyiciləri paylaşıb.
Kadrlarda Sayan "Mənim üçün çox dəyərli və qiymətli Doğuş və onun həyat yoldaşı, gözəl gəlinimiz Xoşqədəm gəldi. Sizi çox sevirəm. Sizin əkiz övladlarınızı çox sevirəm və onların "xəstəsiyəm". Maşallah olsun! Xalası onlara qurban olsun. Buradan Azərbaycana, Bakıya salamlar və öpüşlər yollayıram" sözlərini dilə gətirib.
Xoşqədəm isə bu sözlərin qarşılığında Sedaya təşəkkürünü bildirib və övladlarının onun üçün pianoda ifa edəcəklərini söyləyib.
Rəşad Əliyev, Bizim.Media