ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi MLS-də ilk oyununa çıxıb.
Bizim.Media “sport-express.ru” saytına istinadən xəbər verir ki, futbolçu Nyu-York şəhərində yerli “Nyu-York Red Bulls” klubuna qarşı meydana oyunun 60-cı dəqiqəsində daxil olub.
Argentinalı ulduz matçın 89-cu dəqiqəsində komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, "İnter Mayami"də səkkiz oyundan sonra Messi on qol vurub və üç məhsuldar ötürmə edib. Avqustun 20-də argentinalı ilk Amerika kubokunu qazanıb. “İnter Mayami” turnirin həlledici oyununda “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun sahibi olub. “İnter Mayami” ABŞ Açıq Kubokunun finalında “Hyuston”la da oynayacaq.
“Nyu-York Red Bulls” - İnter Mayami - 0:2 (0:1)
Qollar: Qomes, 37 (0:1). Messi, 89 (0:2).
Bizim.Media