Laçında dünya şöhrətli fotoqrafın layihəsi NÜMAYİŞ OLUNUB - FOTO 

Hazırda oxunan: Laçında dünya şöhrətli fotoqrafın layihəsi NÜMAYİŞ OLUNUB - FOTO 

152462

Laçında fotoqraf Reza Deqati tərəfindən hazırlanan, valideynləri etnik təmizləməyə məruz qalmış uşaqların fotoları nümayiş olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter“ (hazırki “X”) hesabında məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev Laçınla bağlı PAYLAŞIM ETDİ - “Danışan FOTOLAR!” 


“Laçında fotoqraf Reza Deqati tərəfindən hazırlanan “Ev, Şirin Ev” adlı layihə. Babaları və valideynləri Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotoları.

30 ildən sonra Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz Vətənlərinə, Laçına qayıdırlar. Həmçinin burada dünyanın müxtəlif guşələrindən olan 100 uşağın fotoşəkilləri də yer alıb”, - deyə Prezidentin köməkçisi qeyd edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin