Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Laçın Şəhəri Günü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, paylaşımı rəsmi “Twitter” (hazırki “X”) hesabında edib.
MÖVZU İLƏ BAĞLI:
Prezident 50 illik yubileyində laçınlılara verdiyi sözün artıq yerinə yetirildiyindən DANIŞDI
“26 avqust - Laçının qurtuluş günü Prezident İlham Əliyevin Sərəncamı ilə Laçın Şəhəri Günü kimi qeyd olunur. Ermənistan tərəfindən işğal olunmuş Laçın 30 il ərzində dağıdılıb, vandalizmə məruz qalıb. Danışan fotolar! Bunlar Laçının dirçəldilməsi üçün Azərbaycan tərəfindən 8 ay davam edən yenidənqurma işlərinin nəticəsidir”,- deyə H. Hacıyev qeyd edib.
Bizim.Media