Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı diplomat özünün “Facebook” hesabında Ukraynaya göstərdiyi dəstəyə görə ölkəmizin başçısına təşəkkür edib.
MÖVZU İLƏ BAĞLI:
“Heç kim bizim iradəmizə təsir edə bilməz” - İlham Əliyev
“Mən Laçın şəhərində olarkən Ukraynaya göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirdim. Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!", - deyə Kanevski qeyd edib.
Bizim.Media