Sovetlər vaxtında uşaqların ən çox istifadə etdikləri “pul vahidi” görün nə imiş? – FOTO 

Hazırda oxunan: Sovetlər vaxtında uşaqların ən çox istifadə etdikləri “pul vahidi” görün nə imiş? – FOTO 

152429

SSRİ dönəmində uşaqlar pul vahidi kimi əsasən saqqızın içindəki şəkillərdən istifadə edirmiş. 

Bizim.Media xəbər verir ki, bu barədə Moskva Dövlət Pedaqoji Universitetinin professoru, “1960-1980-ci illərdə gənc moskvalıların həyat dünyasında saqqız çeynəyən” tədqiqatının müəllifi Boris Kupriyanov “Moslente”yə müsahibəsində deyib. 

O qeyd edib ki, saqqızın içərisindəki şəkillər Sovet məktəblilərinin öz dünyalarında pul rolunu oynayırdı. Uşaqlar bu şəkilləri dəyişə, sata və yaxud əvəzində nəsə ala bilirdilər. Təbii ki, bu “alver” yalnız uşaqlar arasında həyata keçirilirdi. Ən bahalı tədavül vasitəsi isə “Turbo” idi. Uşaqlar üçün əlçatan olan hər hansı bir şeyin qiyməti bu şəkillərlə müəyyən edilə bilirdi. 

Boris Kupriyanov əlavə edib ki, o zamanlar uşaqlar saqqızın içindən çıxan şəkillərdən müxtəlif məqsədlər üçün yararlanırdılar: 

“Bu şəkilləri dəyişdirir, hədiyyə edir, yığır və hətta qumarda istifadə edirdilər. Bir sözlə, məktəbli oğlan və qızlar xırda sosial problemlərini həll etmək üçün saqqızdan çıxan şəkildən bolluca istifadə edirdilər”.  


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin