2 boksçumuz Avropa çempionu OLDU – FOTO  

Hazırda oxunan: 2 boksçumuz Avropa çempionu OLDU – FOTO  

152405

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyinə yekun vurulub. 

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 9 gün davam edən yarışı Azərbaycan milli komandası 2 qızıl və 2 bürünc medalla bitirib. 

Yığmanın heyətində Şahin Aslanov Avropa çempionu tituluna yiyələnib. 52 kq çəkidə mübarizə aparan boksçumuz finalda Nikolay Nikolayevi (Bolqarıstan) məğlub edib. O, həlledici döyüşdə 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq qızıl medala sahib olub. 

Millinin heyətində ən ağır çəkili boksçu Səftər Məmmədzadə (90 kq) də Avropanın ən güclüsü tituluna yiyələnib. Təmsilçimiz finalda ukraynalı Yosip-Vladislav Kozakeviçə 5:0 (29:28, 29:28, 30:27, 30:26, 29:28) hesabı ilə qalib gələrək, Mariborda Azərbaycan himnini səsləndirib. 

Komandamızın aktivinə bürünc medalları isə Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) yazdırıblar. 

32 ölkədən 380 idmançının qatıldığı yarışda 4 medal qazanan oğlanlardan ibarət milli Avropada dördüncü yeri tutub. Yarışda ümumilikdə 9 ölkənin boksçusu çempionluq sevinci yaşayıb. Birinci pilləni Ukrayna (6-1-5) tutub. 

Qeyd edək ki, 2022-ci ildə Türkiyədə komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişdisə, bu dəfə finala vəsiqə qazanan hər 2 boksçumuz rinqdən qalib ayrılaraq çempion tituluna yiyələnib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin