Moskvaya növbəti PUA HÜCUMU – VİDEO  

Hazırda oxunan: Moskvaya növbəti PUA HÜCUMU – VİDEO  

152401

Rusiyanın Moskva vilayətinə növbəti dəfə PUA hücumu olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram səhifəsində məlumat verib. 

O bildirib ki, İstrin rayonunda hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatını vurub. 

İlkin məlumata görə, xəsarət alan, dağıntı olmayıb. 

Rusiya aviasiya xidmətlərinin məlumata görə, insident fonunda Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanları üzərində hava məkanı bir saat müddətinə bağlanıb. Hazırda aeroportların normal rejimdə fəaliyyət göstərdiyi bildirilir. 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin