Kürdə 14 yaşlı qızın batması ilə bağlı TƏFƏRRÜATLAR  

Hazırda oxunan: Kürdə 14 yaşlı qızın batması ilə bağlı TƏFƏRRÜATLAR  

152367

Bakıdan nənəsi gilə qonaq gələn qız kür çayında batdı. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Zərdab rayonunun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Kürdə batan uşağın axtarışları DAVAM EDİR


Belə ki, 2009-cu il təvəllüdlü Bakı şəhər sakini Müzəffərli Əsma Pərviz qızı Kür çayının kənarında şəkil çəkmək istəyərkən ehtiyyatsızlıq edib və suya düşərək boğulub.

Hadisə yerinə dərhal FHN-nin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daığıc-axtarış qrupunun əməkdaşları cəlb olunub. 

Hazırda 14 yaşlı Əsma Müzəffərlinin meyitinin axtarılaraq tapılması istiqamətində işlər davam etdirilir. 

Fakt araşdırılır. 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin