Paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Hazırda qəza səbəbindən Azadlıq prospekti ilə kəsişmədən üzü metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması üçün işlər görülür.
Bizim.Media