Neftçilərin ölümü ilə bağlı cinayət işi BAŞLANDI 

Hazırda oxunan: Neftçilərin ölümü ilə bağlı cinayət işi BAŞLANDI 

152281

Xəzər dənizində neftçilərin ölümü ilə bağlı cinayət işi başlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

Qeyd edilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər Dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 

Xatırladaq ki, dünən “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən "Neftqaztikinti" trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.
Aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin