Azərbaycan və ABŞ arasında enerji sektorunda əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, nazir Pərviz Şahbazov ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüş keçirib.
Görüşdə həmçinin qlobal enerji gündəliyindəki məsələlər müzakirə edilib. Azərbaycanın həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, o cümlədən “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin inkişafına dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkəmizin enerji keçidi istiqamətində gördüyü tədbirlər, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səyləri, “yaşıl enerji” texnologiyaları və təcrübə mübadiləsi üzrə əməkdaşlıq barədə danışılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:43 / 25.08.2023
Azərbaycan və ABŞ enerji əməkdaşlığının inkişaf perspektivini MÜZAKİRƏ EDİB
Hazırda oxunan: Azərbaycan və ABŞ enerji əməkdaşlığının inkişaf perspektivini MÜZAKİRƏ EDİB
Hazırda oxunan: Azərbaycan və ABŞ enerji əməkdaşlığının inkişaf perspektivini MÜZAKİRƏ EDİB
152246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.