Düz 31 əvvəl -1992-ci il yanvar ayının 26-da Şuşa rayonunun Daşaltı kəndi ərazisində keçirilən əməliyyatda iştirak edən və həmin gündən itkin düşən Adil Kamal oğlu Niftəliyevin nəşi bu gün doğma kəndi - Xaçmaz rayonunun Kiçik Baraxum kəndinə gətirilib.
Bizim.Media xəbər verir ki, ata evində onun anım mərasimi keçirilib.
Doğmaları, ailə üzvləri şəhidin cənazəsi ilə vidalaşıb, gec də olsa onun qalıqlarını tapıb gətirən dövlət orqanlarına minnətdarlıq ediblər.
Dəfn mərasimində rayon rəhbərliyi, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, idarə, müəssisə rəhbərləri iştirak ediblər. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev valideynlərinə qovuşan şəhid Adil Niftəliyevin ailə üzvlərinə başsağlığı verib.
İcra başçısı Elnur Rzayev Vətən Müharibəsindən sonra dövlət səviyyəsində Birinci Qarabağ Müharibəsində görülən işlərdən, Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə gördüyü işlərdən danışıb.
O bildirib ki, bu istiqamətdə işlər son itkin tapılanadək davam etdiriləcək. Adil Niftəliyev Dədəli kənd məzarlığında valideynlərinin yanında torpağa tapşırılıb. Hərbi orkestrin sədaları altında 3 yaylım atəşindən sonra 55 yaşlı Adil Niftəliyevi doğma torpağı ağuşuna alıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu