Priqojinin təyyarəsinin partladılması işində ilk şübhəlinin adı açıqlandı

Hazırda oxunan: Priqojinin təyyarəsinin partladılması işində ilk şübhəlinin adı açıqlandı

152176

Yevgeni Priqojinin təyyarəsinin partladılması işində ilk şübhəli peyda olub. Bu, onun şəxsi pilotu və MNT Aero-nun keçmiş təsisçisi (qəzaya uğrayan təyyarənin sahibi) Artem Stepanovdur. Hazırda hüquq-mühafizə orqanları onu tapa bilmir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın olan "VÇK-OQPU" Teleqram kanalı yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yevgeni Priqojinin cəsədi rəsmi olaraq morqda tanındı


Bildirilir ki, onun təyyarəyə girişi olub, partlayışdan əvvəl Artem Kamçatkaya gedib və orada “itib”. 

Qardaşı deyib ki, üçüncü gündür onunla əlaqə saxlamaq olmur.

Nəşr yazır ki, Stepanov hüquq-mühafizə orqanları tərəfindən fəal şəkildə axtarılır: "Bəlkə də o, artıq Rusiya Federasiyasında deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin