Kirayə axtaran tələbələrin nəzərinə - Dələduzların hədəfinə tuş gəlməmək üçün XƏBƏRDARLIQ

Hazırda oxunan: Kirayə axtaran tələbələrin nəzərinə - Dələduzların hədəfinə tuş gəlməmək üçün XƏBƏRDARLIQ

152171

Yeni tədris ilinə saylı günlər qalması kirayə bazarında dinamikliyin artmasına səbəb olub. Ölkənin bir çox bölgələrindən Bakıya tələbələrin gəlişi kirayə evlərin qiymətinin   artmasına, eləcə də  bu mövzuda bəzən dələduzluğa məruz qalmasına səbəb olur.

Əsasən internet vasitələri ilə tapılan evlər üçün  əvvəcədən ödəniş alınsa da, sonra nə ev verilir,  nə də pulu geri qaytarılır. İnsanların məcbur ev axtardığı görən işbazlar hərəkətə keçərək beh adıyla pul tələb edir evdə olmayan əşyaların vədini verir. Bu  yolla da qiymətləri ucuz göstərərək tələbələri tələyə salırlar.
Qoyulan tələbləri yerinə yetirdikdən sonra isə həmin maklerin nömrəsinə zəng çatmır və onu tapmaq müşkülə çevrilir. Hər il onlarla tələbə özləri də bilmədən bu saxtakarların toruna düşür. Xüsusilə də 1-ci kursları hədəf alan bu dələduzlara rast gəlməmək üçün əvvəlcədən ehtiyat tədbirlərini görmək lazımdır.

Bəs kirayə ev axtaran tələbələr nəyə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki,  kirayə ev axtaran tələbələr özləri vizual olaraq mənzili görüb seçsinlər, şəxsən danışsınlar və behi müqavilə əsasında mənzil sahibinə ödəsinlər.
 

MÖVZU İLƏ BAĞLI:

Tələbələrin Bakıya axını BAŞLAYIR – Universitet yataqxanalarında vəziyyət NECƏDİR? – ARAŞDIRMA 


“Kirayə ev axtaranlar əksəriyyəti paytaxta gəlməmişdən internet resurslarına verilmiş elanlarla kirayə mənzili seçir. 

Bəzən şahidi oluruq ki, mənzili və mənzil sahibini görmədən verilən beh batmış olur. Özlərini vasitəçi kimi təqdim edən bir qrup fırıldaqçılar bu cür elan saytlarında ucuz evlərin elanlarını yerləşdirərək müştəri cəlb edirlər.

Müxtəlif səbəblərdən “tez beh göndər saxlayım” kimi ifadələr işlədərək kirayəçidən həmin mənzilin bir hissəsini beh şəklində tələb edirlər. Yəni vətəndaşlar evləri görmədən özlərini vasitəçi adlandıran həmin fırıldaqçıların bank kartına pul göndərir. Daha sonra isə həmin nömrələrə zəng çatmır.

Mənzilin pulu ödənilərkən natorial formada müqavilə bağlanmalıdır.

Belə müqavilədə hər iki tərəfin öhdəlikləri verilir və hüquqları qorunur. Təbii ki onlar arasında notarial şəkildə müqavilə olarsa heç bir tələbənin və yaxud kirayə mənzil götürən şəxsin hüququ boşuna tapdanıla bilməz.’’

Ekspert tövsiyə edir ki kirayə mənzildə qalan tələbələr və digər şəxslər daha yaxşı olar ki mənzil sahibindən həmin mənzilləri sığortalanmasını tələb etsinlər.

“Ən azından icbari sığorta olarsa orda hansısa bir sığorta hadisəsi baş verən zaman artıq dəymiş zərəri mənzildə qalanlar deyil sığorta şirkətləri qarşılaya bilir. Yəni bu səbəbdən kirayə mənzil götürənlər mütləq şəkildə həm müqaviləni notarial aparmalı,  həm də mənzil sahibindən mənzilin sığortalanmasını tələb etməlidirlər”.

Röyanə Oğuz, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin