Ərdoğan: “Türkiyə Krımın Rusiya tərəfindən ilhaqını tanımır”

Hazırda oxunan: Ərdoğan: “Türkiyə Krımın Rusiya tərəfindən ilhaqını tanımır”

152101

“Türkiyə Krımın Rusiya tərəfindən ilhaqını tanımır və bunu qeyri-qanuni hesab edir. Krımın yerli xalqlarından biri və bizimlə eyni kökdən olan Krım tatarlarının təhlükəsizliyini və rifahını təmin etmək bizim prioritetlərimizdəndir”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevdə keçirilən Üçüncü Krım Platforması Zirvə görüşünə videomüraciətində deyib. 

Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin bitməsinin və Qara dəniz hövzəsində sülhün və sabitliyin bərpasının təkcə regiona deyil, bütün dünyaya rahatlıq gətirəcəyini də deyib:

"Biz, həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyi lehinə mövqeyimizi qoruyub saxlayırıq. Rəsmi Ankara BMT də daxil olmaqla, hər beynəlxalq platformada Krımın Ukraynanın bir hissəsi olduğunu ardıcıl olaraq vurğulayır.
Türkiyə təxminən 18 ay əvvəl başlayan müharibənin ədalətli və davamlı sülhlə sona çatmasının zəruriliyinə də inanır. Biz qan tökülməsinin dayandırılması üçün kommunikasiya kanallarını açıq saxlamaq və heç olmasa tərəfləri danışıqlar masasına oturmağa hazırlamaq üçün ciddi səylər göstəririk”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin