Soydaşımız İlqar Axundov Ukraynada daha bir uğura imza atıb. Gənc rejissorun lentə aldığı “Yaxınlıqda” klipi Ukraynanın sənət cameəsinə səs salıb.
Bununla bağlı Bizim.Media-ya açıqlama verən rejissor İlqar Axundov bildirib ki, klipin məzmunu hər birimizin yaşaya biləcəyi bir həyat hekayəsidir:
“Mədəniyyətindən və dinindən asılı olmayaraq, hamımız aşiq olur, həyatdan həzz alır, bir-birimizə sevgimizi ötürürük, evlənirik və bundan sonra da xoşbəxt yaşamaq istəyirik.
Amma bəzən ailədə münaqişələr, mübahisələr yaranır. Bu zaman bəzilərimiz bizi birləşdirən şeyi unutmağa və diqqəti bizi ayıran şeyə yönəltməyə başlayırəq. Bu danışdıqlarım “Yaxınlıqda” klpinin süjet xəttidir”.
İlqar Axundov Ukrayna Kino Məktəbinin məzunudur. Neçə illərdir ki, rejissor kimi müstəqil fəaliyyət göstərir. İlk müstəqil işi 2018-ci ildə lentə alınan "Desert" qısametrajlı film olub.
“Desert” üç festivalda iştirak hüququ qazanıb. Daha sonra "Yuxu oyunları" adlı iki qısametrajlı filmə rejissorluq edib.
2019-cu ildə yaradıcılıq işi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinə köçüb. Orada Mercedes-Benz, Franck Muller və başqa tanınmış brendlər üçün futbol liqası və digər layihələr haqqında sənədli filmlər çəkib. O, 2020-ci ildə yenidən Ukraynaya qayıdıb.
Hazırda Ukraynada müharibə olmasına baxmayaraq İlqar Axundov peşə fəaliyyətimi davam etdir. Son layihəsi isə gənc ifaçı Parfeniukun "Yaxınlıqda"mahnısına şəkdiyi eyniadlı klipi olub.
Surxay Atakişiyev, Bizim.Media