Türkiyənin məşhur müğənnisi Seda Sayan növbəti dəfə etdirdiyi estetik proseduru ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, cavan qalmaq üçün dəridən-qabıqdan çıxan 60 yaşlı sənətçi bu dəfə boğaz və dekolte nahiyəsindəki qırışları aradan qaldırmaq üçün iynə proseduru etdirib.
S.Sayan həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, daha əvvəl Seda Sayan üzünü qızıl saplarla iki dəfə ayrı-ayrı vaxtlarda dartdırıb və plastik əməliyyat keçirərək sinəsindəki silikonları yeniləyib.
Rəşad Əliyev, Bizim.Media