Daşaltıda itkin düşən şəxsin meyitinin qalıqları Şamaxıya gətirildi - FOTO

Hazırda oxunan: Daşaltıda itkin düşən şəxsin meyitinin qalıqları Şamaxıya gətirildi - FOTO

152028

Birinci Qarabağ müharibəsi zamanı Şuşanın Daşaltı kəndində itkin düşmüş Baba Mikayılovun meyitinin qalıqları Şamaxı rayonunun Göylər kəndində dəfn olunub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, dəfndən əvvəl şəhidlə vida mərasimi keçirilib. Baba Mikayılovun vaxtilə yaşadığı evdə təşkil olunan mərasimdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, ailə üzvləri, yaxınları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdən sonra şəhid yaylım atəşi və Dövlət Himninin sədaları altında Göylər kənd qəbiristanlığında torpağa tapşırılıb. O, atasının məzarı yanında dəfn olunub.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov şəhidin tabutuna sarılmış üçrəngli bayrağı B.Mikayılovun qardaşına təqdim edib.

Qeyd edək ki, Mikayılov Baba Balakişi oğlu 1969-cu il sentyabrın 22-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.

1992-ci ilin yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb.

Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ekspertiza zamanı meyit qalıqlarından birinin B.Mikayılova məxsus olduğu təsdiqlənib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin