Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən daha bir erməniəsilli şəxs sərbəst keçidin təmin olunmasından razılığını bildirib.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, o, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Erməniəsilli şəxs azərbaycanlı jurnalistlərin “Necə idi? Sizə hər hansı bir maneə yaradıldımı?” sualına Azərbaycan dilində “Hər şey qəşəngdir” deyərək cavab verib.
Bizim.Media