Türkiyənin Çanaqqala bölgəsində meşə yanğınları başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb.
Bildirilib ki, havanın küləkli olması yanğının daha da alovlanmasına səbəb olur. Belə ki, yanğın artıq yaşayış məntəqələrinə yaxınlaşıb.
Yanğının söndürülməsinə 421 canlı qüvvə, 10 təyyarə, 26 helikopter, 68 su çiləyici və digər texnika cəlb olunub. AFAD rəhbəri hadisə yerinə baş çəkib.
Bizim.Media