“Sovetski"nin sökülməsini kim dayandırıb? – FAKTLAR VAR

Hazırda oxunan: “Sovetski"nin sökülməsini kim dayandırıb? – FAKTLAR VAR

15194

“Sovetski” kimi tanıdığımız ərazinin bir qismində müasir şəhərsalma standartlarına uyğun olaraq abadlıq işləri həyata keçirilsə də, lakin bu gözəlliyin fonunu köhnə, “gecə qondu” tikililər hələ də pozur.

Sovetski əhalisinin köçürülməsinə illər əvvəl başlanılsa da bu işlər hələ də yekunlaşmaq bilmir.
 

MÖVZU İLƏ BAĞLI:

“Xruşşovka”ların sökülməsi nə vaxta qaldı? – Ekspertlərdən RƏY


Azərbaycan Qiymətləndirilmə Cəmiyyətinin sədri Ramil Osmanlı söyləyir ki, “Sovetski”nin sökülməsi prosesinin uzandığının illərdir ki, şahidiyik:

“Bunun isə müxtəlif səbəbləri var. Ərazinin sökülməsi ilə bağlı müəyyən məhkəmə müraciətləri çox oldu. Yəni, əhaliyə kompensasiya az ödənilib və yaxud ümumiyyətlə verilməyib. Bu da müvafiq icra hakimiyyəti orqanının məsuliyyətsizliyindən irəli gəlirdi. Çünki, hökumətin bununla bağlı qərarı və konsepsiyası mövcud idi. Bu qərar çərçivəsində işlər görülməli idi. Lakin, köçürülmə işləri şəfaf şəkildə həyata keçirilmədi. Çoxlu sayda narazılıqlar yarandı. Bu da “Sovetksi”nin tam şəkildə sökülməsini ləngidən amillərdən oldu”.

O, əlavə etdi ki, köçürülməni ləngidən nüanslardan biri isə Bakı Şəhərinin Baş Planının mövcud olamaması ilə bağlıdır:

“Hələ də əlimizdə baş plan mövcud deyil. Bu baxımdan ərazilərdə söküntü işlərin, pilot layihələrin icrasının dayandırılması başa düşüləndir. Pilot layihələrin icrası zamanı isə bəzi hallarda ərazi üzrə qanunvericiliyin tələblərinin pozulduğunun şahidi olduq. Hökümət tikinti standartlarının pozulduğunu görüb, müəyyən qərarlar qəbul etdi.

Gələcəkdə “Sovetski” də daxil olmaqla “Montin”, “Kubinka, “Keşlə” kimi yaşayış yerlərində tikinti standartlarına uyğun inşa olunmayan yaşayış evləri, istsimar müddəti bitmiş binaların sökülməsi pioritetdir. Söküntü işlərinin aparıdıldığı dövrdə ölkənin gözlənilmədən digər xərcləri ortaya çıxdı ki, bu da zəruri işlərin görülməsini ləngitdi”,- deyə ekspert fikirlərini yekunlaşdırdı.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin