Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 22-də Şəhidlər xiyabanını ziyarət ediblər. 
Bizim.Media xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 
 
MÖVZU İLƏ BAĞLI:
Şavkat Mirziyoyev Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
Prezident Şavkat Mirziyoyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. 
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. 



Bizim.Media






























































































