Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən erməniəsilli şəxs Arstamyan Elen sərbəst keçidin təmin olunmasından razılığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Daha 30 erməni “Laçın” məntəqəsindən keçərək Ermənistana getdi - FOTO/VİDEO
Sərhəd-keçid məntəqəsindən sərbəst keçidin təmin olunmasından razılığını deyən A.Elen hər şeyin yaxşı olduğunu söyləyib.
O, azərbaycanlıların göstərdiyi münasibətin normal olduğunu qeyd edib.
Xatırladaq ki, bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində 90-a yaxın erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub.
Bizim.Media