Nemət Pənahlının avtomobili cərimə meydançasına niyə aparılıb? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Nemət Pənahlının avtomobili cərimə meydançasına niyə aparılıb? – RƏSMİ AÇIQLAMA 

151757

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) partiya sədri Nemət Pənahlının idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasının səbəbini açıqlayıb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, Nemət Pənahlının oğlu - 2000-ci il təvəllüdlü Əhəd Pənahlıya məxsus “Toyota Land Cruiser” markalı, 90-KM-590 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə olub: 

“Həmin cərimələrə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsinə uyğun olaraq Nəsimi Rayon Məhkəməsində avtomobilin müvəqqəti duracağa təmin edilməsi üçün, yəni nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul olunub. Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd edilən vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb”. 

“Bildirmək istəyirik ki, avtomobillər üzərində ödənilməmiş cərimələrə görə nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq, həyata keçirilir. Hər bir avtomobil sahibindən nəzərdə tutmuş qaydalara ciddi şəkildə riayət etməsini xahiş edirik”, - DYP rəsmisi vurğulayıb. 
Qeyd edək ki, Nemət Pənahlı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədridir. Hadisə zamanı avtomobili partiya sədri idarə edirmiş. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin