Yanvar-iyul aylarında Azərbaycandan 15 milyon 540,3 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 9 milyard 444,8 milyon ABŞ dolları olub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında ölkədən 16 milyon 414,9 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 12 milyard 397,7 milyon dollar təşkil edib.
Qeyd edək ki, neft bitumunun ixracı isə kəskin azalaraq 1224 ton olub. İxrac edilən məhsulun dəyəri 330 min ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq aylarında ölkədən 88 min tona yaxın neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 24,9 milyon ABŞ dolları olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:56 / 21.08.2023
İxrac edilən xam neft və neft məhsullarının dəyəri AÇIQLANDI
Hazırda oxunan: İxrac edilən xam neft və neft məhsullarının dəyəri AÇIQLANDI
Hazırda oxunan: İxrac edilən xam neft və neft məhsullarının dəyəri AÇIQLANDI
151711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.