Hacıqabulda bələdiyyə sədri CƏRİMƏLƏNDİ - FOTO 

Hazırda oxunan: Hacıqabulda bələdiyyə sədri CƏRİMƏLƏNDİ - FOTO 

151679

Hacıqabulda bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonunun Muğan qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb. 

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə qeyd olunan qəsəbə bələdiyyəsinin sədri barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və aidiyyəti üzrə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib. 







Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin