Qubanın dağlıq Xınalıq ərazisinə ötən gecə yenə dolu düşüb. Bir gün əvvəl düşən dolu fəsadlar törədib. Xatırladaq ki, Xınalıq yolunun 36-cı km-dən 42-ci km-dək olan hissəsində iki gün öncə selin törətdiyi fəsadlar hələ aradan qaldırılmayıb.
Quba 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanovun Bizim.Media-ya verdiyi məlumata görə, selin dağıtdığı 2 su ötürücü bərpa edilib.
Digər bərpa işləri qarşıdakı 2-3 gün ərzində davam etdiriləcək.
Bilal Sultanov görülən operativ işlər nəticəsində Quba-Xınalıq yolunun 36-42 km hissəsində nəqliyyat vasitələri üçün açıldığını deyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu