Hacıqabulda 43 yaşlı kişi qətlə yetirilib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə "Xilə" məscidinin yaxınlığında baş verib.
Belə ki, şəhər sakini, 1980-ci il təvəllüdlü Qoçəliyev Rəhman Əzizağa oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılan Rəhman Qoçəliyev əməliyyata götürülən zaman həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, Quliyev Pərviz Balaqardaş oğlu isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı Hacıqabul rayon prokuroluğunda araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:20 / 20.08.2023
Hacıqabulda məscidin yaxınlığında FACİƏ: 43 yaşlı kişi qətlə yetirildi
Hazırda oxunan: Hacıqabulda məscidin yaxınlığında FACİƏ: 43 yaşlı kişi qətlə yetirildi
Hazırda oxunan: Hacıqabulda məscidin yaxınlığında FACİƏ: 43 yaşlı kişi qətlə yetirildi
151548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.