“Qarabağ” pley-off oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi

Hazırda oxunan: “Qarabağ” pley-off oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi

151504

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” komandası ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Bizim.Media qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 25 futbolçunun adı yer alıb.

Oyunçulardan üçü qapıçı, onu müdafiəçi, onu yarımmüdafiəçi, üçü isə hücumçudur.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo

Hücumçular: 99. Redon Cica, 18. Juninyo, 90. Nəriman Axundzadə

Qeyd edək ki, "Qarabağ" “Olimpiya”ya qarşı ilk matçını avqustun 24-də səfərdə, cavab görüşünü isə avqustun 31-də evdə keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin