Füzuliyə köçürülənlər tibbi xidmətlə təmin OLUNACAQLAR - FOTO

Hazırda oxunan: Füzuliyə köçürülənlər tibbi xidmətlə təmin OLUNACAQLAR - FOTO

151381

İşğaldan azad olunmuş rayonlara köçürülən sakinlərin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibbi müayinələri aparılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. 

Müayinələr "Böyük Qayıdış" layihəsi çərçivəsində və icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla həyata keçirilib. 

Bu gün tibbi müayinədən keçən 23 ailədən olan 90 nəfər Qaradağ rayonunun Qobu park ərazisindən TƏBİB-in 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşlarının müşaiyəti ilə Füzuliyə yola salınıb. 
Bundan başqa, Füzuli şəhərinə köçürülən sakinlər Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən 24 saat ərzində tibbi xidmətlə təmin olunacaqlar. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin