Azərbaycanın qeyri-neft ixracı 17,8 faiz artıb

Hazırda oxunan: Azərbaycanın qeyri-neft ixracı 17,8 faiz artıb

151359

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 006,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz çoxdur.

Bu barədə Bizim.Media-ya İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən bildirilib. 

Belə ki, təkcə bu ilin iyul ayında Azərbaycandan 233,55 milyon dollardan çox qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,5 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik ifadədə 12,3 faiz artaraq 3 milyard dolları ötüb.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin