Bu ilin yanvar-iyul aylarında ölkədə 15 661,5 ton kolbasa məmulatları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 8,8 faiz və ya 1 268,7 ton çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycana gətirilən kolbasaların idxal qiyməti AÇIQLANDI
İyul ayında isə iyun ayı ilə müqayisədə məhsul istehsalının həcmində 16,4 faiz və ya 422,7 ton azalma qeydə alınıb.
İyul ayında 2 159,1 ton kolbasa məmulatları istehsal olunub. Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 38,5 ton təşkil edib.
Rövşən Ziya, Bizim.Media