Türkiyə Rusiyaya XƏBƏRDARLIQ ETDİ 

Hazırda oxunan: Türkiyə Rusiyaya XƏBƏRDARLIQ ETDİ 

151295

Ankara Qara dənizdə gəmi ilə bağlı insidentlə əlaqədar Moskvaya xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin nəzdində yaradılan Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb. 

“Gəminin sahibinin türk olmasına baxmayaraq, gəmi Türkiyə bayrağı altında uçmayıb.

Beynəlxalq hüquqda gəmi heyətinin adı və ya milliyyəti deyil, bayrağı önəmlidir. 

Bütün bunlara baxmayaraq, Rusiya Federasiyasının müdaxiləsindən sonra Rusiyadakı tərəfdaşlara Qara dənizdə gərginliyi artıra biləcək hərəkətlərdən çəkinmələri barədə xəbərdarlıq edilib”, - deyə məlumatda qeyd edilib. 

Qeyd edək ki, Ukraynanın cənubundakı İzmail limanına gedən türk şirkətinə məxsus “Şükrü Okan” yük gəmisinə avqustun 13-də Rusiya hərbi gəmisi tərəfindən xəbərdarlıq atəşi açılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin