“Auto Services” MMC avqustun 15-də “Azərpoçt” MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib.
Bizim.Media xəbər verir ki, “Auto Services” MMC-in qaldırdığı iddasında, qarşı tərəfi müqavilələrdən əmələ gələn öhdəliklərə əməl etməməkdə ittiham edib.
MÖVZU İLƏ BAĞLI:
“Azərpoçt” vətəndaşlara MÜRACİƏT ETDİ
Belə ki, tərəflər arasındakı mübahisə “Alqı-satqı müqaviləsi” üzrə məsələlərin həll olunmaması ilə bağlıdır.
Məhkəmə işi BKM-nin hakimi Zaur Piriversiyevin icraatına verilib və ilk hazırlıq iclası sentyabrın 11-nə səhər saat 11:15-də keçiriləcək.
Rövşən Ziya, Bizim.Media