“BMT TŞ-dakı müzakirələrin nəticəsiz qalması gözlənilən idi. Çünki, TŞ-nin daimi üzvlərinin Azərbaycana və Ermənistana münasibətləri fərqlidir. Ona görə də Ermənistanın son cəhdinin uğursuzluğa düçar olacağı qaçılmaz idi. Axı, Rusiyanın, ABŞ-ın, hətta Çinin bu məsələyə münasibəti fərqlidir.
Fərqli münasibətlərin olduğu yerdə isə konsensus, yekdil fikir ola bilməz. Ermənilər bu faktoru nəzərdən qaçırmışdılar. Əslində ermənilər nəticənin necə olacağını çox yaxşı bilirdilər. Sadəcə daxili auditoriya üçün bu varianta əl atmışdılar”.
Bunu Bizim.Media-ya açıqlamasında sabiq Xarici İşlər nazir Elmar Məmmədyarov deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın diplomatik meydanda növbəti uğuru: Azərbaycan-Ermənistan: 2-0
O Təhlükəsizlik Şurasının müzakirəsinə hər xırda məsələnin çıxardılmasını yersiz hesab edir:
“Çünki, BMT uşaq bağçası deyil. Təsadüfi deyil ki, dünənki müzakirələrdə biz şahid olduq ki, bəzi üzv dövlətlər Ermənistanın təklifini yersiz hesab etdi. Nəticəyə baxsaq bu bizim üçün tam qaneedicidir. Ermənistan məsələ qaldırdı, lakin qaldırdıqları məsələ heç bir dəstək qazanmadı. Bu da bütün hallarda Azərbaycan diplomatiyasının uğurudur”.
Surxay Atakişiyev, Bizim.Media