Avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında qəbul edilmiş qərarlar Azərbaycanın növbəti diplomatik qələbəsidir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin guya Qarabağdakı ermənilərin Azərbaycan tərəfindən blokadaya salınması, humanitar böhranın yaradılması iddiaları iflasa uğradı.
Bizim.Media ”interpress.az”a istinadən xəbər verir ki, bu sözləri Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili deyib.
MÖVZU İLƏ BAĞLI:
BMT Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı təcili iclas KEÇİRİB - VİDEO
Onun sözlərinə görə, əlbəttə ki, BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın Xankəndi şəhərində məskunlaşmış ermənilərin guya Azərbaycan tərəfindən blokadaya salınması iddiasına inanması mümkün deyildi.
Amma Ermənistanda hələ bir müddət əvvəldən başlanılan kampaniya çərçivəsində BMT TŞ-da buna nail olmaq üçün çabalar göstərilir, ağıla gələr-gəlməz bütün addımları atırdılar.
Amma siyasi ikiüzlülüyü, siyasi saxtakarlığı ilə seçilən Ermənistan unudub ki, 30 il əvvəl BMT TŞ-nin məlum qətnamələrini nə özü, nə də BMT TŞ icra edə bilməyib.
Bunu məhz Azərbaycan özü şəxsən döyüş meydanında təkbaşına icra edib. Odur ki, həm Ermənistan BMT TŞ-nin, həm də BMT TŞ Ermənistanın qarşısında gözü kölgəli qalıb.
Əsas odur ki, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycan həqiqətlərini, heç bir blokadadan söhbətin belə getmədiyini, Azərbaycanın sülh istədiyini, amma Ermənistanın bölgədə ancaq və ancaq təxribat törətdiyini, sabitliyi pozmasını, azad olunmuş Azərbaycan ərazilərində qanunsuz etməni silahlılarının yerləşdirildiyini iclas nümayəndələrinin diqqətinə çatdırıb, öz də faktlarla və sübutlarla.
Belə də deyə bilərik, Azərbaycan Ermənistanı BMT TŞ-nin təcili iclasında nokauta salıb.
Beləliklə, həm sahada, həm masada və diplomatiya səngərində zəfərlər ardınca zəfərlər bizimdir və bizim olacaq!!
Bizim.Media