Bakıda və Abşeron yarımadasında avqustun 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 30-40 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:35 / 17.08.2023
PROQNOZ: Sabah bəzi yerlərdə yağış yağacaq
Hazırda oxunan: PROQNOZ: Sabah bəzi yerlərdə yağış yağacaq
Hazırda oxunan: PROQNOZ: Sabah bəzi yerlərdə yağış yağacaq
151219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.