Pərvin Abıyeva psixoloqla davaya çıxdı: “Gör kimlərin əlində qalmışam” - FOTO

Hazırda oxunan: Pərvin Abıyeva psixoloqla davaya çıxdı: “Gör kimlərin əlində qalmışam” - FOTO

151207

Aktrisa Pərvin Abıyeva ilə həkim-psixoloq Adilə Hafiz arasında qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, buna səbəb psixoloqun aktrisanı sosial şəbəkələrdə təhqir etməsi olub. 

P.Abıyeva A.Hafizlə “Instagram” sosial şəbəkə hesabında yazışmasını paylaşaraq bu sözləri yazıb: 

“Tanıyın bu Aysel xanımı. Haqqımda sosial şəbəkələrdə təhqir dolu ifadələr səsləndirir, şərhlər yazır. Bu xanımın böyüyü məndən üzr istəməyincə hər gün sosial şəbəkədəki hesabını və fotolarını öz səhifəmdə paylaşacağam. Gör kimlərin əlində qalmışam.

Bir sən qalmışdın məndən reklam qazanan. Şərait yaradır, təhqir edir ki, mən bunu görüm, dalaşım, söyüm, reklam edim. Al bu da sənə reklam. Amma əmin ol ki, bu yaxşı reklam deyil”. 

Qarşı tərəf yəni A.Hafiz P.Abıyeva ilə mesajlaşmasını “screen” edib öz səhifəsində paylaşaraq məsələ ilə bağlı bu fikirləri bildirib: 

“İzlədiyiniz insanlara fikir verin ki, kimi izləyirsiniz, kimi məşhur edirsiniz. Qadın adına ləkə... Dilində yalnız “ərdir”. Sən yalnız ərlərin qabağında o yazdığını edə bilərsən. Utanmaz, tərbiyəsiz!”. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin